MÜHƏNDİS-HİDROGEOLOJİ AXTARIŞ İŞLƏRİ

MÜHƏNDİS-HİDROGEOLOJİ AXTARIŞ İŞLƏRİ

İnşaat işlərinə hazırlıq, onun aparılma prosesi dövründə və tikinti işləri zamanı yerlatı suların bu işlərə göstərəcəyi mənfi təsirləri mühüm məsələ kimi qarşıya qoyulur.

Buna görə də, mühəndis-hidrogeoloji axtarış işləri aparmadan bünövrələrə təsir edəcək xoşagəlməz amillərin qarşısını almaq üçün tədbirlər işləyib hazırlamaq, binanı tikmək və onu istismara vermək qeyri mümkündür.

Mühəndis-geoloji axtarış işləri kimi, mühəndis-hidrogeoloji axtarış işləri də, ayrıca bir iş kimi yerinə yetirilir. Bu işləri yerinə yetirmək üçün bütövlükdə kompleks işlərin yerinə yetirilməsi tələb edilir (arxivlərin araşdırılması, mühəndisi-geoloji kəşfiyyat quyularının qazılması, riyazi modelləşdirilmənin aparılması).

Bu işləri yalnız mühəndis-geoloji axtarış işlərində ixtisaslaşmış təcrübəli mütəxəssislərə (mühəndislərə) etibar etmək lazımdır.

«MƏNZİL» kiçik müəssisəsi, bütün mühəndis-hidrogeoloji axtarış işlərini keyfiyyətlə yerinə yetirmək üçün hidrogeoloji işləri aparmaq üsullarını yüksək səviyyədə mənimsəyərək kifayət qədər yüksək təcrübəyə malik mütəxəssis və texnika xidmətlərini də, təklif edir.