ŞİRKƏT HAQQINDA

Şirkət haqqında

«MƏNZİL» kiçik müəssisəsi, 1988-ci ildən mühəndisi-geoloji tədqiqat işləri sahəsində fəaliyyətini reallaşdıran təşkilatıdır.

Müəssisəsimiz, hal-hazırda da, «Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işləri» fəaliyyət növü üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilməsinə icazə verilən lisenziya əsasında fəaliyyət göstərir.

Tikintinin layihə hazırlığını əsaslandırmaq üçün, zəruri və kifayət qədər materialların əldə edilməsi məqsədi ilə, bizim təşkilat mühəndis-axtarış işlərinin tərkibində aşağıda qeyd olunan tam kompleks işləri yerinə yetirir:

  • mühəndis-geodeziya işləri;
  • mühəndis-geoloji axtarış işləri;
  • mühəndis-hidrogeoloji axtarış işləri;
  • geofiziki işlər;
  • qruntların laboratoriya tədqiqatları.

Layihə sənədlərinin dövlət ekspertizasında müsbət rəy alması üçün, biz normativ bazaya əsasən bütün mühəndis-axtarış işlərini maksimum tam təmin edirik.

Bizim təşkilatda Siz həmçinin fərdi mənzil və digər təyinatlı obyektlərin (kottec, bağ evi, qaraj, hovuz, dəmir yol xətti, yol layihələndirilməsi və s.) tikintisinin layihələndirilməsi məqsədi ilə, mühəndis-axtarış işlərinin yerinə yetirilməsini sifariş edə bilərsiniz.

«MƏNZİL» kiçik müəssisəsi yaşayış evlərinin, ticarət və ofis mərkəzlərinin, çoxmərtəbəli binaların, məktəblərin, sənaye, istehsal, anbar və digər qurğuların, mühəndis kommunikasiya və yolların tikintisində mühəndis-axtarış işlərinin yerinə yetirilməsində böyük təcrübəyə malikdir. Bu ğün respublikamızda mövcud olan əksər yüksəkmərtəbəli binaların və əhəmiyyətli obyektlərin mühəndisi-geoloji tədqiqat işləri tərəfimizdən yerinə yetirilmişdir.

«MƏNZİL» kiçik müəssisəsinin mühəndis-axtarış işləri sahəsində peşəkarlığını bizim daimi sifarişçilər artıq qiymətləndirmişlər. Təcrübəli mütəxəssislərinin çoxillik biliyi, gənc mühəndislərinin ruh yüksəkliyi və müasir avadanlıq «MƏNZİL» kiçik müəssisəsinin əsasını təşkil edir ki, bu da, Sizə layihələndirmə və tikinti üçün etibarlı və əsas məlumatlar almağa imkan verir.

Mühəndis axtarışları üzrə bütün kompleks işlərin bizim mühəndislər tərəfindən mövcud normativ sənədlərin tələblərinə uyğun yerinə yetirilməsi Sizin üçün layihələndirmə zamanı əminliklə düzgün başlanğıc materiallarının əldə edilməsinə xidmər edir. Mühəndis-axtarış işləri zamanı əldə edilmiş materiallar müvafiq tikilinin tikintisinə və ya yenidən qurulmasına icazə almaq üçün zəruri layihə sənədlərinin tərkibinə daxildir.

Mühəndis axtarışları çərçivəsində işlərin aparılmasından sonra, sahənin geoloji quruluşu haqqında məlumatını, aşkarlanmış qrunt sularının səviyyəsini, sahənin geomorfoloji və hidrogeoloji şəraitini, qruntların tərkibi və fiziki-mexaniki xassələrini, sahədə mümkün təhlükəli mühəndisi-geoloji proseslərin proqnozunu özündə birləşdirən mühəndisi-geoloji hesabat verilir