QRUNTLARIN LABORATORİYA TƏDQİQATLARI

QRUNTLARIN LABORATORİYA TƏDQİQATLARI3

Mühəndis-geoloji axtarış işləri, eyni zamanda qruntların laboratoriya şəraitində fiziki-mexaniki xüsusiyyətlərinin kompleks təhlillərindən ibarətdir.

Mühəndis-geoloji axtarış işləri zamanı götürülmüş qrunt və yeraltı su nümunələri xüsusiləşdirilmiş laboratoriya şəraitində təhlil edilir.

Laboratoriya təhlilləri, mühəndis-geoloji axtarış işləri proqramının əsasını təşkil edir.

Bu təhlillər vasitəsilə qruntların bütün fiziki-mexaniki xüsusiyyətləri (deformasiya modulu, daxili sürtünmə bucağı, sıxlıq, nəmlik hissəciklərinin sıxlığı, qranulometrik tərkib, axıcılıq və plastiklik hədləri nəmliyi, nəmlik dərəcəsi, plastiklik ədədi, axıcılıq göstəricisi, bir oxlu sıxılmada bərklik həddi, quru qruntun sıxlığı, qruntların süzülmə əmsalı və s.) müəyyənləşdirilir.

Bütün bu məlumatlar mühəndis-geoloji axtarış işlərinin yekun hesabatında göstərilərək qeyd olunur və layihəçi tərəfindən layihələndiriləcək qurğuların bünövrələrinin yükgötürmə (daşıyıcılıq) qabiliyyətlərinin hesablanması zamanı istifadə olunur.

Qruntların və yerlatı suların kimyəvi tərkibinin təhlilərinin nəticələrinə əsasən, inşaat işlərində inşaat materiallarının, o cümlədən yeraltı tikinti və qurğuların etibarlı mühafizəsini təmin etmək üçün hidroizolyasiya örtüklərinin optimal növləri seçilir.