MÜHƏNDİS-GEOLOJİ AXTARIŞ İŞLƏRİ

MÜHƏNDİS-GEOLOJİ AXTARIŞ İŞLƏRİ

Mühəndis-geoloji axtarış işləri çərçivəsində mühəndisi-geoloji kəşfiyyat quyularının qazılması1

Mühəndis-geoloji axtarış işləri, tədqiqat aparılan ərazinin geoloji quruluşunun, hidrogeoloji şəraitinin və qruntların fiziki-mexaniki xassələrinin öyrənilməsinə yönəlmiş kompleks işlərdir.

Ona görə də, mühəndisi-geoloji kəşfiyyat quyularının qazılması üzrə işlər birinci dərəcəlidir və bu məqsədlə həyata keçirilir: qruntların litoloji sərhədlərinin müəyyənləşdirilməsi, aşkarlanmış qrunt sularının səviyyəsinin müəyyənləşdirilməsi, laboratoriya tədqiqatları üçün qrunt və su nümunələrinin götürülməsi.

Mühəndisi-geoloji kəşfiyyat quyularının qazılması bizim yüksək ixtisaslı mühəndis-geoloqlarımızın rəhbərliyi altında təcrübəli qazma ustalarımız tərəfindən yerinə yetirilir.

Qazma briqadası 3-4 nəfərlik heyətdən təşkil olunur. Qazma işlərinə başlamaq üçün, Sizdən yalnız qazma maşınlarının gəlişini təmin etmək üçün tikinti işlərinin aparılması nəzərdə tutulan ərazini göstərmək xahiş olunur.

Qazma işləri Sizi qane edəcək ən münasib vaxtda və ən qısa müddətdə yerinə yetirilir. Biz işlərimizi ilin istənilən vaxtı və istənilən hava şəraitində yerinə yetiririk.

Qazma işlərinin sonunda bütün quyular qazılaraq çıxarılmış qruntlarla təkrar doldurularaq qapadılır.

 

Mühəndis-geoloji axtarış işləri çərçivəsində qruntun statik zondlama üsulu ilə sınağı

Mühəndis-geoloji axtarış işləri – qruntların çöl şəraitində kompleks araşdırılmasıdır. Statik zondlama sınaqları bütün növ qurğular üçün tətbiq edilir. Statik zondlama üsulu qruntların təbii yatımda öyrənilməsinin əsas və zəruri sınaqlar metodur.

Zondlama nəticələrinin interpretasiyası üçün zəruri olan məlumatların alınması məqsədi ilə, zondlama nöqtələri qazılmış quyulardan 2-5 metr məsafədə yerləşdirilir.

Bu üsulla dağ süxurlarının linza və laylarının dəqiq qalınlığı, qruntların müxtəlif növlərinin yayılma sərhədləri, qruntların tərkib və xüsusiyyətlərinin sahəvi dəyişkənliyinin qiymətləndirilməsi, qruntların sıxlıq və möhkəmlik dərəcəsinin təyini öyrənilir.

Statik zondlama üsulu ilə qruntların sınağı xüsusi qazma qurğusu vasitəsilə həyata keçirilir. Statik zondlama, zondun qrunta fasiləsiz içəri basılması yolu ilə yerinə yetirilir. Sınaq prosesində əldə olunan ölçmələrin məlumatına görə, qruntların mexaniki xassələri hesablanılır.

 

Mühəndis-geoloji axtarış işləri çərçivəsində qruntun ştampla sınağı

Qruntların ştampla sınağının əsas üstünlüyü odur ki, sınaqlar qazma işləri zamanı, qruntların bilavasitə təbii yatımda təbii quruluşunu və təbii nəmliyini saxlamaqla deformasiya xüsusiyyətlərini müəyyənləşdirməyə imkan verir.

Metod qruntların deformasiya xüsusiyyətlərini çox dəqiq müəyyən etməyə imkan verir. Ona görə də, ştampla sınaqlar əsas metod olmaqla, çoxmərtəbəli binalar və yeraltı qurğuların tikintisi üçün mühəndis-geoloji axtarış işləri yerinə yetirilərkən əsas sınaqlardan biridir.

Xüsusiyyətlər, qazma işləri zamanı quyu dibində qruntun ştamp vasitəsilə tədricən şaquli yüklənməsi nəticələrinə görə müəyyənləşdirilir.

 

Mühəndis-geoloji axtarış işləri barədə texniki hesabat

Kompleks mühəndis-geoloji axtarış işlərinin sonunda Siz, mühəndis-geoloji axtarış işləri barədə kağız və elektron formada texniki hesabat alacaqsınız. Texniki hesabat qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun tərtib edilir.

Mühəndis-geoloji axtarış işləri haqqında texniki hesabatda aşağıdakı materiallar var:

  • mühəndisi-geoloji şəraitin mümkün dəyişikliklərinin öyrənilməsi, qiymətləndirilməsi və proqnozu haqqında lazımi məlumatları özündə cəmləşdirən mətn əlavələri;
  • çöl və laboratoriya tədqiqatlarının ümumi nəticələrini, qruntların xüsusiyyətlərinin normativ və hesablama cədvəllərini, qruntların və yeraltı suların kimyəvi analiz nəticələrini, onların tikinti materiallarına nisbətdə aqressivliyi dərəcəsi barədə rəyini özündə cəmləşdirən cədvəl əlavələri;
  • mühəndisi-geoloji xəritələri, kəsilişləri, sütünları, geomorfoloji, hidrogeoloji, tektoniki elementlərin şərti əlamətlərini, qrunt laylarının yatım təbəqələrini, həmçinin qruntların növlərini və onların litoloji xüsusiyyətlərini özündə cəmləşdirən qrafik əlavələr;
  • layihələndirmə və tikinti işlərinin aparılması üçün texniki rəy və tövsiyələr.

Araşdırmaların hər bir mərhələsində, işlərin keyfiyyətli və vicdanlı icrası ilə yanaşı Siz, gözəl sənədləşdirilmiş hesabatlar və peşəkarlardan tövsiyələr alacaqsınız.